Modern.az

BMU-da elektron diplomların imzalanması başa çatdı

BMU-da elektron diplomların imzalanması başa çatdı

Aktual

Bu gün, 16:56

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə bakalavr səviyyəsində məzun olan tələbələrin elektron diplomlarının imzalanması prosesi yekunlaşıb.

Modern.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev bütün ixtisaslar üzrə məzunların elektron diplomlarını Ali və Orta İxtisas Təhsili Alt Sistemi vasitəsilə imzalayıb.

Elektron diplomların hazırlanması və təqdim edilməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Qaydalara əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində elektron sənəd formasında yaradılaraq təqdim edilir.

Məzunlar elektron diplomlarını “my.gov.az” rəqəmsal hökumət platforması üzərindən əldə edə biləcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar