Modern.az

Elman Rüstəmov manatdan DANIŞDI: “Ajiotajı yatırtmaq üçün yarım milyard pul xərcləyirdik”

Elman Rüstəmov manatdan DANIŞDI: “Ajiotajı yatırtmaq üçün yarım milyard pul xərcləyirdik”

Aktual

17 Mart 2015, 18:15

 

Milli Məclisin bugünkü iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti barədə hesabatla bağlı müzakirələrə qatılıb. Modern.az saytının xəbərinə görə, Elman Rüstəmov hökumətin ötənilki fəaliyyətindən danışarkən deyib ki, Azərbaycan yüksək nailiyyətlər əldə edib. O, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatının da vəziyyətini şərh edib.

Onun fikrincə, Azərbaycanda devalvasiyaya uğrayan əslində manat deyil. Elman Rüstəmovun sözlərinə görə, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda manatın məzənnəsinin aşağı düşməsinə səbəb olub:

“2008-ci ildən davam edən böhran bizdən də yan keçməyib. Böhranın ən kəskin kanalı neftin qiymətidir. O zaman neftin qiyməti düşdü. Lakin bunun uzun müddətli olmayacağı proqnozlaşdırıldı. Biz manatın sabitləşməsinə 1 milyard manat vəsait sərf etdik. 2010-cu ildə sərf etdiyimiz valyutanı geri aldıq. 2014-cü ildə nerft yenidən ucuzlaşdı. Neftin 2 dəfə ucuzlaşması yeni fenomendir. Bu ucuzlaşma uzun müddət davam edəcək. Neftin ucuzlaşmasının kökündə tələb və təklif faktorları dayanır”.

Onun sözlərinə görə, neftin qiyməti 50 dollar olacağı təqdirdə ölkənin xarici balansının profisiti 5 dəfə azalır:

“Neft 40 dollar olarsa, defisitə keçir. İndiki neft qiymətləri ilə biz əvvəlki siyasətimizi davam etdirsəydik həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları sıfırlanardı. Son 3 ildə rus rublu 93 faiz, türk lirəsi 42 faiz ucuzlaşıb. Belə halda ixracatçılar itirirlər. 20 ildir Azərbaycanda makroiqtisadi sabitlikdi. 2005-2010-cu ildə quruculuq işləri həyata keçirilib. Xarici balansın profsiti 115 milyard idi. İqtisadi artımın 35 faiz olduğu illərdə birrəqəmli inflyasiya formalaşdı. Lakin xarici balansda baş verən məsələlər bizi manatın məzənnəsinə qayıtmağa məcbur etdi. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin 2 dəfə azalmasıdır. Son günlər ajiotajı yatırtmaqa gündəlik yarım milyard dollar xərcləyirdik. Manat kütləsinin 70 faizi dollara çevrilə bilərdi. Milli valyuta üzərində nəzarəti itirə bilərdik. Ona görə manatın kəskin korreksiyasına getdik”.

Elman Rüstəmov manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsinin cəmiyyətdə yaratdığı narazılıq barədə də söz açıb: “Biz böyük bir ajiotajın şahidi olduq. Biz bu ajiotajı aradan qaldırmaq üçün hər gün yarım milyard dollar vəsait sərf edirdik. Dolların bahalaşması barədə qərar qəbul olunmasaydı, bunun çox ağır nəticələri ola bilərdi. Biz strateji olaraq ciddi uduşlar əldə etdik. Manat kütləsinin 70 faizi dollara çevrilə bilərdi. Milli valyuta üzərində nəzarəti itirə bilərdik. Ona görə manatın kəskin korreksiyasına getdik. Bu qərər strateji maraqlara xidmət edir. Bu qərar olmasaydı bir neçə ildə dəfələrlə denominasiyaya gedə bilərdik”.

Mərkəzi Bankın sədri manatın ucuzlaşmasının bankları iflasa uğradacağı haqqındakı iddialara da münasibət bildirib: “Belə iddialar var ki, banklar müflis olacaq. Bütün bunlar məsuliyyətsiz, populist çıxışlardır. Banklar bu gün də inkişaf edir və biz onlarla əməkdaşlığımızı davam etdiririk. Heç bir bank bağlanmayacaq. Banklar aolan tövsiyəmiz odur ki, faiz dərəcələrini aşağı salsınlar və əmanətlərin vaxtlarını uzatsınlar. Özəl bank sektoru yaxşı kapitallaşıb. Məcmu kapitalı 50 milyon manat olmayan banklarla müqavilə bağlanıb. O banklar da bağlanmayacaq, fəaliyyətləri davam edəcək. Prosesi ciddi nəzarətdə saxlayacağıq”. “Lakin nəzərə alınacaq məsələ neftin qiymətidir. Bundan sonra məzənnə siyasəti daha çevik olacaq. Fundamental dəyişiklik olsa, cəmiyyət məlumatlandırılacaq”. 

Elman Rüstəmov iqtisadiyyatın maliyyələşdirilməsinə vəsait yönəldiləcəyini deyib: “İpotekaya ayrılan vəsait əhəmiyyətli artıralacaq. Bunun mənbəyi artıq müəyyən edilib. İkincisi, ipotekada iqtisadi aktivlik canlandırlılacaq. Sosial evlərin tikintisi ipoteka vasitəsiylə maliyyələşdiriləcək”. Elman Rüstəmov qarşıda duran vəzifələrdən söç açarkən məzənnə siyasətinin perspektivindən də danışıb: “Bu ilin sonuna kimi manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir. Lakin nəzərə alınacaq məsələ neftin qiymətidir. Bundan sonra məzənnə siyasəti daha çevik olacaq. Fundamental dəyişiklik olsa, cəmiyyət məlumatlandırılacaq”.

O, iqtisadiyyatın maliyyələşdirilməsinə vəsait yönəldiləcəyini söyləyib: “İpotekaya ayrılan vəsait əhəmiyyətli artırılacaq. Bunun mənbəyi artıq müəyyən edilib. İkincisi, ipotekada iqtisadi aktivlik canlandırılacaq. Sosial evlərin tikintisi ipoteka vasitəsiylə maliyyələşdiriləcək. Ən nəhayət ipotaka regionlarda inkişaf etdiriləcək”.

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı