Modern.az

Keçmiş nazir “Bişkek protokolu” BARƏDƏ: “Kazimirov Bakıdan mənə zəng etdi...”

Keçmiş nazir “Bişkek protokolu” BARƏDƏ: “Kazimirov Bakıdan mənə zəng etdi...”

Aktual

13 May 2015, 11:33

 

“Rusiya tərəfindən danışıqlar aparan Vladimir Kazimirov, səhv etmirəmsə, mayın 10-da Bakıdan Heydər Əliyevin yanından mənə zəng etdi. O bildirdi ki, Azərbaycan parlamentinin spikeri Rəsul Quliyev artıq bir neçə dəqiqə öncə “Bişkek protokolu”nu imzalayıb”.  

Modern.az saytının verdiyi xəbərə görə, bunu 1in.am analitik portalına müsahibəsində Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan deyib.   Sabiq nazir Rusiya xarici işlər naziri Sergey Lavrrovun Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması ilə bağlı bəyanatını da şərh edib.  

Onun sözlərinə görə, Sergey Lavrovun açıqlaması əsassızdır və etiraf edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsindən istifadə edir:   “Rusiya heç vaxt Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasında maraqlı olmayıb. Rusiya həmişə öz təsirini artırmaq üçün bu münaqişədən və postsovet məkanındakı digər konfliktlərdən istifadə edib”.  

Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminə dair 1994-cü il may ayının 12-də imzalanan sazişdən 21 il ötür. Tarixə “Bişkek protokolu” adı ilə düşən bu sazişdən sonra keçən illər ərzində Ermənistanın cəbhədə törətdiyi təxribatların sayı azalmayıb.  

David Şahnazaryan 1992-1995-ci illərdə Ermənistan prezidentinin (Levon Ter-Petrosyan – red.) xüsusi tapşırıqlar üzrə səfiri, 1994-1995-ci illərdə bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrində çalışıb.  

Onun adını çəkdiyi Vladimir Kazimirov isə 1992-1996-cı illərdə Rusiyanın ATƏT-in Minsk qrupunda həmsədri olub. O daha çox ermənipərəst mövqeyi ilə tanınır.  

Aqşin Kərimov  


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı