Modern.az

Azərbaycanda 202 tələbə bir ali məktəbdən digərinə köçürülüb - Rəsmi AÇIQLAMA

Azərbaycanda 202 tələbə bir ali məktəbdən digərinə köçürülüb - Rəsmi AÇIQLAMA

Aktual

15 May 2015, 12:47

2014-cü tədris ilində Azərbaycan ali məktəblərində nə qədər tələbə bir ali məktəbdən digər ali məktəbə köçürülüb? Köçürülmənin prosedura qaydaları, şərtləri necədir?

Modern.az saytı Təhsil Nazirliyinə yazılı sorğu göndərib. 

Mayın 15-də Təhsil Nazirliyi saytımızın sorğusunu cavablandırıb. “Təhsil nazirinin 14 fevral 2014-cü il 194 nömrəli əmri ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a görə ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 2014-cü il ərzində Təhsil Nazirliyinin razılığı ilə 202 tələbə bir ali təhsil müəssisəsindən digərinə bərpa olunmuş və ya köçürülüb”,-deyə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı