Modern.az

Prezidentin Riqa sammitindən imtina etməsinə ŞƏRH: “Bu sənədin imzalanacağı istisna deyil"

Prezidentin Riqa sammitindən imtina etməsinə ŞƏRH: “Bu sənədin imzalanacağı istisna deyil"

Aktual

21 May 2015, 14:19

 

Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqada keçiriləcək sammitinə getməkdən imtina etməsi siyasi gündəmin əsas mövzularından biridir.   Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Modern.az saytına açıqlama verib.  

Deputat bildirib ki, ölkə başçısı İlham Əliyevin Riqa sammitində iştirak etməməsi Azərbaycanla Avropa Birliyi münasibətlərinə xələl gətirməyəcək.  

O xatırladıb ki, Azərbaycan enerji sahəsində Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalayıb və bu istiqamətdə əməkdaşlıq genişlənmək üzrədir.  

“Azərbaycanla Avropa Birliyi ümumi strateji tərəfdaşlıqla bağlı müvafiq sənədin hazırlanması üzərində birgə işlər aparır. Yaxın müddətdə bu sənədin imzalanacağı istisna deyil”.  

Asim Mollazadə söyləyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olmasına baxmayaraq Avropa Birliyi ona xoş münasibət bəsləyir.

“Ermənistan Azərbaycanın ərazisini işğal etməsinə, beynəlxalq qanunları kobudcasına pozmasına və Rusiyanın yaratdığı Avrasiya Birliyinin üzvü olmasına baxmayaraq Avropa Birliyi ona xoş münasibətdədir. Mən bunu təəssüf doğuran amil kimi qiymətləndirirəm”.  

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.  

Aqşin Kərimov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı