Modern.az

Sərkisyan Riqa sammitində SƏRSƏMLƏDİ və Azərbaycandan qorxduğunu etiraf etdi

Sərkisyan Riqa sammitində SƏRSƏMLƏDİ və Azərbaycandan qorxduğunu etiraf etdi

Aktual

21 May 2015, 22:40

  

Bu gün Latviyanın paytaxtı Riqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı sammiti öz işinə başlayıb.

Modern.az saytı xəbər verir ki, sammitdə Serj Sərkisyan çıxış edərək Azərbaycan əleyhinə danışıb.

Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsi regional və Avropanın təhlükəsizliyi üçün ciddi məsələ olaraq qalır.

Serj Sərkisyan ənənəvi ampulasında çıxış edərək Qarabağ probleminin həll edilməməsinə görə Azərbaycanı təqsirləndirib.  

Ermənistan prezidenti Avropanı Azərbaycana qarşə səsləyən sərsəm bəyanat da səsləndirib:

“Azərbaycanın addımları region üçün təhlükəlidir. Bu, Avropa partnyorları tərəfindən cavabsız qalmamalıdır. Mən beynəlxalq aləmi Azərbaycanın addımlarına təslim olmamağ çağırıram ”,-deyə o sərsəmləyib.  

Əslində Serj Sərkisyan nə dediyinin özü də fərqinə varmır. Çünki, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə səbəb Ermənistanın tutduğu qeyri-konstruktiv və işğalçı mövqedir.  

Ermənistan prezidentinin Azərbaycanı “təhlükə” kimi təqdim etməsinə gəlincə, o, bununla içindəki qorxunu ifadə edib.

Təsadüfi deyil ki, Azərbaycanın hərbi potensialı zaman-zaman Ermənistan rəhbərliyinin narahatlığına səbəb olur.

Məsələn, bir neçə ay bundan öncə Serj Sərkisyan Azərbaycanın Rusiyadan silah almasından ciddi əndişəyə düşdüyünü bəyan etmişdi.  

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı