Modern.az

"Narıncı inqilab" sponsorundan həyəcanlı AÇIQLAMA: "Yeni dünya müharibəsi olacaq"

"Narıncı inqilab" sponsorundan həyəcanlı AÇIQLAMA: "Yeni dünya müharibəsi olacaq"

Aktual

22 May 2015, 14:09

 

Məşhur yəhudi əsilli amerikalı maliyyəçi Corc Soros yeni dünya müharibəsinin başlanacağı anonsunu verib.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Corc Soros məsələni Çin amili üzərində şərh edib. 

Onun fikrincə, Çin öz iqtisadiyyatının istiqamətini ixracata yönəldəcəyi təqdirdə yeni dünya müharibəsi ssenarisi reallaşa bilər.   Ekspert qeyd edib ki, əgər Çin ABŞ  və onun hərbi müttəfiqi Yaponiya ilə qarşıdurmaya gedəcəksə, bu zaman üçüncü dünya müharibəsi başlanacaq.  

Biznesmen gərginliyin pik həddə çatmaması üçün təklif edib ki, Çin ABŞ-a böyük güzəştlərə getməlidir.  

“Bununla yanaşı Çin öz milli pulu yuanın Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin tərkib hissəsi olmağa icazə verməlidir. Bu halda Çin valyutası dollarla ciddi rəqabət apara bilər”,-deyə o bildirib.  

Corc Soros onu da əlavə edib ki, Çinin perspektivdə ABŞ-la razılaşmaya nail olması çətin məsələdir.  

“Əks təqdirdə, Çinin Rusiya ilə siyasi və hərbi ittifaq yaradacağı təhlükəsi ehtimalı böyükdür. Bu zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq”,-deyə Corc Soros əlavə edib.

Qeyd edək ki, Corc Soros “narıncı inqilab”ların sponsoru kimi də tanınır. O, dünya iqtisadi sferasında önəmli fiqurlardan biridir.   

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı