Modern.az

Rüstəm İbrahimbəyov Bakıya gələcək

Rüstəm İbrahimbəyov Bakıya gələcək

Aktual

23 May 2015, 12:04

 

Bir ilə yaxındır xərçəng xəstəliyindən əziyyət çəkən Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov səhhəti ilə bağlı indiki vəziyyətindən danışıb. O, Modern.az saytına hazırda vəziyyətinin yaxşı olduğunu deyib: “Mayın 25-də əməliyyat olunduğum Los-Ancelesə qayıtmalıyam. Hər üç aydan bir müayinəyə gedirəm. Həkimlər bu vaxta qədər keçdiyim müayinələrin, qan analizlərinin nəticələrinin yaxşı olduğunu deyir”.

Hazırda Rusiyada yaşayan kinorejissor yaradıcılığından da danışıb: “Artıq burada bir filmi çəkib bitirmişəm. Hazırda film üzərində səsyazma işləri gedir. İlin axırına qədər Azərbaycana gəlmək istəyirəm”.

Azərbaycanda gedən siyasi-ictimai prosesləri izlədiyin deyən kinorejissor bu barədə danışmaq istəmədiyini də dilə gətirib.

Yeganə OQTAYQIZI


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!