Modern.az

Meyvə və tərəvəz şirələrini necə içməli? - FAYDALI MƏSLƏHƏT

Meyvə və tərəvəz şirələrini necə içməli? - FAYDALI MƏSLƏHƏT

Aktual

25 May 2015, 23:07


Meyvə və tərəvəz şirələrinin faydaları hər birimizə yaxşı məlumdur. Amma çoxlarımıza məlum deyil ki, bu şirələr düzgün qəbul edilmədikdə onların sağlamlığımıza heç bir xeyri dəymir. Hətta bəzən orqanizmə mənfi təsirləri də olur.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

İlk növbədə qeyd etmək lazımdır ki, meyvə və tərəvəz şirələri çəkilən kimi 10 dəqiqə ərzində içilməlidir. Təzə çəkilmiş şirə bu müddətdən artıq qalanda tərkibindəki bioloji aktiv maddələr dağılır. Yalnız çuğundur şirəsini 2-3 saat saxladıqdan sonra qəbul etmək lazımdır.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələrini yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır. Çünki şirə bu zaman orqanizm tərəfindən daha tez sorulur və biokimyəvi proseslər daha asan gedir.

Yeməkdən dərhal sonra şirə işmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda qazların yaranmasına səbəb olur.

Şirələrin qəbulundan sonra dişləri təmizləmək, ağız boşluğunu yaxalamaq lazımdır. Çünki sirələrin tərkibində olan üzvi turşular dişlərin emalına təhlükə yarada bilər.

Çəyirdəkli meyvələrin (ərik, zoğal, gavalı, şaftalı və s.) şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür.

Tumlu meyvələrin (alma, armud, üzüm və s.) şirəsini isə digər şirələrlə qarışdırmaq olar. Məsələn alma şirəsi ilə kök, yaxud kələm şirəsini qarışdırmaq uyğundur.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələrinin faydalı olduğunu düşünüb qədərindən çox istifadə etmək yolverilməzdir. Gün ərzində meyvə şirəsindən maksimum 3 stəkan, tərəvəz şirəsindən isə daha az istifadə edilməlidir.

Müntəzəm olaraq meyvə və tərəvəz şirələri qəbul etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür. Amma bu heç də o demək deyil ki, şirələrlə xəstəlikləri müalicə etmək olar. Nəzərə almaq lazımdır ki, şirə dərman deyil, qida məhsuludur. Ancaq xəstəliklərin müalicəsi zamanı həkim məsləhəti ilə hər hansı bir şirəni qida rasionuna daxil etməklə müalicənin effektini artırmaq olar.

Süfrənizdən təzə çəkilmiş meyvə və tərəvəz şirələrini əskik etməyin. Onların faydalarından yetərincə bəhrələnmək üçün sadəcə yuxarıdakılara əməl edin.

İlham Cəmiloğlu 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı