
Modern.az saytının xəbərinə görə bunu Ermənistanın Regional Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən deyib.
Ekspert Rusiya prezidenti Vladimir Putinin qondarma erməni soyqırımının 100 illik təbdirlərinə iştirak etmək üçün Yereavana səfərinə də toxunub.
O qeyd edib ki, 24 apreldə Kreml başçısı Ermənistana heç də “erməni genosidi”nə görə gəlməmişdi.
Politoloqun sözlərinə görə Vladimir Putin Gümrüdəki Rusiyanın 102 saylı hərbi hissənin əsgəri Valeri Permyakov məsələsində (Rus əsgər Valeri Permyakov bir erməni ailəsini qətlə yetirib-red) Ermənistana xəbərdarlıq etmək üçün Yerevana səfər edib.
Riçard Kirakosyan Rusiya ilə Türkiyənin əməkdaşlığının dərinləşməsinin Ermənistana göstərdiyi mənfi təsirdən də danışıb:
“Ermənistan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında yalnız itirir və buna görə əziyyət çəkir. Bu əməkdaşlıq daha təhlükəlidir. Çünki Ermənistanın sabitliyini sual altına qoyur. Buna görə də biz anlamalıyıq ki, Rusiya Ermənistan üçün etibarsız partnyordur”.
Aqşin Kərimov