Modern.az

Türkiyədə qutudan koalisiya çıxdı - Təkrar seçki keçirilə bilər...

Türkiyədə qutudan koalisiya çıxdı - Təkrar seçki keçirilə bilər...

Aktual

8 İyun 2015, 09:27

Türkiyədə iyunun 7-də keçirilmiş parlament seçkilərində bütünü səslər sayılıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 13 ildən sonra ilk dəfə təkbaşına hökumət formalaşdırmaq üçün yetərli deputat yeri əldə edə bilməyib. Bununla belə, AKP bu dəfə də ən çox deputat yeri qazana bilib. Hakim partiya 40,86 faiz (258 deputat) səs qazanıb.

Ana müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyası (CHP) – 132 deputat yeri (24,95  faiz) əldə edib.

Üçüncü yerdə gələn Milliyyətçi Hərəkat Partiyası (MHP) baryeri keçərək parlamentdə 80 deputatla (16,29 faiz) təmsil olunmaq şansı qazanıb.

Daha çox kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyası (HDP) da MHP qədər – 80 deputat mandatı (13,2 faiz) əldə edə bilib.

Beləliklə, HDP-nin Böyük millət Məclisinə düşə bilməsilə AKP-nin təkbaşına hökumət qurması üçün lazım olan deputat sayı məhdudlaşıb. Nəticədə AKP koalisiya hökuməti qurmağa məhkumdur. Amma bura da da vəziyyət qarışıqdır.

Belə ki, müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hələ seçki kampaniyası zamanı bildirmişdi ki, AKP ilə hər hansı bir koalisiyadan söhbət gedə bilməz. CHP funksioneri Haluk Koç da ötən gecə verdiyi bəyanatla bu fikri bir daha təsdiq etdi.

Hədəflərinin təkbaşına iqtidar olduğunu deyən MHP sədri Dövlət Baxçalı da bundan öncə hər hansı bir koalisiyada yer almayacağını söyləmişdi.

HDP-nin sədri Səlahəddin Dəmirtaş isə ötən gecə AKP ilə koalisiya qurmayacağını bir daha bəyan edib.

Bununla belə, bəzi siyasi ekspertlər AKP-MHP koalisiyasının baş tuta biləcəyini ehtimal edirlər.

Digər bir variant da var: CHP-MHP-HDP kolaisiyası. Amma milliiyətçi kəsimi təmsil edən MHP ilə terrorçu PPK-nın siyasi qanadı olan kürdlərin HDP-sinin eyni koalisiyada yer alacağı heç ağlabatan deyil.

Belədə kolaisiyalı hökumət qurula bilməsə, Türkiyə təkrar seçkilərə də gedə bilər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı