Modern.az

Putinin addımı Türkiyədə qalmaqal YARATDI: “Yəqin o zarafat edir”

Putinin addımı Türkiyədə qalmaqal YARATDI: “Yəqin o zarafat edir”

Aktual

8 İyun 2015, 22:45

 

Türkiyədə ötən gün keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə qazanmasından sonra yaranmış siyasi gərginlik artır.  

AKP-nin qalib olmasına baxmayaraq tələb olunan səs baryerini keçməməsi onun təkbaşına iqtidar qura bilməyəcəyini zəruri edir.

Belə bir zamanda Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğana zəng edərək onu təbrik etməsi Türkiyədə yeni müzakirələrə yol açıb.  

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə AKP sədri baş nazir Əhməd Davudoğlu ola-ola, Kreml başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik mesajı göndərməsi etirazlara səbəb olub.  

Parlament seçkilərindən sonra yenə də ana müxalifət statusunu qazanan Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Gürsel Tekin bildirib ki, Vladimir Putin də Rəcəb Tayyib Ərdoğanı prezident kimi yox, AKP sədri kimi görür.  

“Ərdoğanın prezidentliyinə rəğmən onun tərəfsiz olmadığını sadəcə biz iddia etmirik. Hər kəs bunu  fərqindədir. Yoxsa, Putin hara zəng etdiyini bilməzmi?! Cənab Ərdoğanın dostu belə anladı ki, o, AKP sədridir. Çünki AKP-nin əldə etdiyi nəticələrə görə Putin prezidenti təbrik edir. Cənab Davudoğlu israrla onunla tərəf müqabili olmağımızı istəyirdi. Lakin Putin belə səninlə tərəf müqabili deyil, cənab Davudoğlu ”,- deyə iradını bildirib.   

Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Oqtay Vural isə Vladimir Putinin Ərdoğana zəng etməsini daha sərt şəkildə tənqid edib:

“Putinin təbriklə kinayəyə yol verdiyini deyə bilmərəm. Türkiyə parlament demokratiyası ilə idarə edilən bir ölkədir.

Türkiyədə Putin sistemi yoxdur. Hər halda bu ikisi bir-birinə çox bənzəyirlər. Putinin hərəkəti Türkiyə Böyük Millət Məclisini heçə saymaqdır. Onun üzr istəməsi lazımdır.  

Ya da Putin zarafat edib. Onun təbrik etmək əvəzinə “keçmiş olsun” deməyi lazım idi. Türkiyə sisteminə görə enerji məsələlərinin müzakirəsi prezidentlə olmalı deyil: bu, hökumətdir, baş nazirdir. Biri Putinə bunu başa salmalıdır”.

Aqşin Kərimov

 


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı