Modern.az

Kreml Ermənistanda inqilabdan QORXUR: “Qarabağda əməliyyatların başlanması…”

Kreml Ermənistanda inqilabdan QORXUR: “Qarabağda əməliyyatların başlanması…”

Aktual

25 İyun 2015, 23:18

 

Ermənistanda elektrik qiymətlərinin artımına görə hökumət əleyhinə keçirilən keçirilən nümayişlərin ikinci “Maydan” hadisələrinə gətirib çıxaracağı ehtimalları səslənir. Bəzi ekspertlər hesab edir ki, mitinqlər davam edəcəksə, Ermənistanda inqilab yolu hakimiyyət dəyişikliyi qaçılmazdır.

Belə olacağı təqdirdə isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxacağı və Qərbə meyllənəcəyi bildirilir. Heç şübhəsiz ki, rəsmi Yerevanın siyasi, iqtisadi, maliyyə rıçaqlarını əlində cəmləşdirən Kreml Ermənistanın Rusiyanın kurasiyasından çıxmasını arzulamaz.  

Modern.az xəbər verir ki, bloombergview.com saytında Rusiya-Ermənistan müttəfiqliyi kontekstində baş verən hadisələrə həsr edilmiş təhlildə Kremlin ciddi narahatlıq keçirdiyi vurğulanıb.  

“Kreml Ermənistanda inqilabın baş verəcəyindən qorxur” başlıqlı məqalədə xatırladılıb ki, Moskvadan energetika sahəsində asılı olan Ermənistanda həm də Rusiyanın 102 saylı hərbi hissəsi mövcuddur.   

“Rusiya Gümrüdə hərbi bazaya malikdir və orada Azərbaycana xəbərdarlıq üçün 5 min əsgər  xidmət keçir. Ona görə ki, Dağlıq Qarabağda ətrafında hərbi əməliyyatların başlanması pis ideya ola bilər”,-deyə şərh edilib.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı