Modern.az

Könül gözü kor olanlar…

Könül gözü kor olanlar…

Aktual

27 İyun 2015, 22:43

İlham Zəkiyevə…

Avropa Oyunları başa çatır. İki həftədə bizə sevinc yaşadan bu oyunlara vida edirik. İnanıram ki, açılış kimi baglanış mərasimi də möhtəşəmliyi ilə yaddaşlara həkk olunacaq. Bu oyunlar başlamadan öncə müxtəlif fikirlər vardı. Oyunlara gərəksiz kimi baxanlar, daha önəmli işlərin olduğunu söyləyənlər, ciddi qəbul etməyənlər... Etiraf edim ki, mənim də ürəymdə “olmalımı, olmamalımı?” fikri savaşırdı. Bu iki həftədə ürəyimdəki o sübhə üçün peşman oldum. “Azərbaycan bu oyunlarda nə qazandı?” fikri ilə savaşanlar hələ də var. Məsələn, rastlaşdığım ifadələrdən biri budur: “Oyunlara xərclənən milyonlarla ac insanalar doyardı”.

Mənim üçün mədə heç vaxt mədəniyyətdən irəli olmayıb. Bəli, ac insanlar doymalı, işsizlərə iş verilməli, sosial problemlər həll olunmalıdır. Tək Azərbaycanda deyil, istənilən ölkədə vətəndaşların  başlıca istəkləri bunlardı.

Bir neçə ay bundan əvvəl Türkiyədə velosiped yarışı keçrilirdi, yollar bağlanmışdı. O zaman burda da təxminən eyni fikirlərlə rastlaşdım. Amma bəzən düçüncə kasadlığımız bizi mahcub edir. Axı, Avropa Oyunları bir mesaj idi. Azərbaycan Avropaya həm iqtisadi, həm fiziki gücünü göstərdi. Eyni zamanda birlik gücünü göstərdi. Əminəm Avropa Oyunlarına gəlməyən Avropa liderləri bu oyunları izlədi və Azərbaycanın güc mesajını aldı. Oyun salonlarına gələn, əllərinə Azərbaycan bayrağı dalğalandıran minlərlə vətəndaşımızın qələbə sevincini necə yaşadıqlarını gördülər. Dəfələrlə qalxan bayraqda, səslənən himnimizdə əzəməti gördülər.

Azərbaycan Qarabağda gözünü itirmis İlham Zəkiyevi bu oyunlarda irəli çıxarmaqla Qarabağ mesajına anlam qatdı.  Sizcə, yarışa gələn minlərcə idmançı, turist, jurnalist  İlham Zəkiyevlə maraqlanmadı? Qarabağda əlil olan qazi gəzdirdi o məşəli. Bundan ciddi mesaj nə ola bilərdi? Qarabağı bundan daha ciddi necə tanıtmaq olardı? Əminəm ora gələn turistlərin cox hissəsi Qarabağ həqiqətlərini İlham Zəkiyevlə öyrəndi.


Dünən İlham Zəkiyevin qələbəsi və onun sevinci məncə bu Avropa Oyunlarına xərclənən milyonlara dəyərdi. İlhamın gözləri görmür, amma qəlbi görür, ruhu görür. Bu oyunları, pisləyən heç kim İlham Zəkiyevdən çox vətənsevər deyil. Bəzən görmək üçün, sevmək üçün gözdəki nur lazım deyil, nə çoxdu gözündə nur olan korlar. Avropa Oyunlarında Qarabağın simgəsi olan İlham bizim hər birimizdən daha nurlu görür. Cünkü o, vətən sevgisiylə görür. Naat-ı Şərifin bir şeiri var “Gönül gözü görməyən, can gözünü neyləsin”...

Ona görə, bəzi məsələlərə, mədənizlə deyil, könül gözünüzlə baxın.

...Həyat tək yemək, içmək, ifraz etməkdən ibarət deyil. Dövlər yalnız bunları sağlamakla inkişaf etmir. Dövlət özünü tanıtmaq, mesajını vermək üçün milyonlarından keçməlidir. Keçməsə, qazanmayacaq, qazanmasa hər zaman əziləcək. Biz bu ikili baxışı “Eurovision” musiqi yarışında da yaşamışdıq. Amma o vaxt da nəticə və yaşananlardan hər kəs məmun qalmışdı.

...Avropa Oyunları bitir, amma bu iki həftədə bizə bəxş etdiyi sevinc, adrenalin üçün bunu yaşamağa dəyərdi.  Oyunları canlı izləmək şansım olmasa belə, ekran qarşısında keçirdiyim həyəcan, sevinc, göz yaşlarım halal olsun vətənimə...

Dünən yaşatdığı həyəcana, sevincə görə isə vətənın haqqı sənə halal olsun İlham Zəkiyev...Vəə... bu oyunda qalib ya məglub olan bütün idmançılarmıza...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı