Modern.az

NATO-dan Qarabağla bağlı İran və Türkiyəyə İTTİHAM

NATO-dan Qarabağla bağlı İran və Türkiyəyə İTTİHAM

Aktual

29 İyun 2015, 11:23

“Beynəlxalq aləm Cənubi Qafqaz regionuna çox diqqətlə izləyir. Bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin işğalı faktı var. Regionda Türkiyənin və İranın əlaqələri isə böyük çağırışdır. Burada bir neçə təhlükə var. Amma biz vəziyəti düzəltmək üçün birlikdə işləyirik”.

Modern.az xəbər verir ki, bunu Ermənistan mətbutına müsahibəsində NATO Parlament Assambleyasının vitse-prezidenti Paolo Alli deyib.  

Onun bildirdiyinə görə, “İslam dövləti” terror təşkilatı da (İŞİD) region üçün digər əsas problemlərdən biridir.  

Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aolo Polli qeyd edib ki, bu, təkcə Ermənistan üçün problem deyil.

“Bu, əslində təkcə Ermənistan üçün problem deyil. Dağlıq Qarabağ konflikti ümumilikdə regionun stabilliyini pozur. Bu cür problemlərin həllinin yeganə yolu siyasi qərarlardır”,-deyə o bildirib.  

Vitse-prezident ehtimal edib ki, Azərbaycan və Ermənistanın özləri problemin həlli üçün qərar versələr, bu, bəzi xarici güclərə sərf etməyəcək.  

Jurnalistin “Ermənistanda belə fikir var ki, bu güclərdən biri Rusiya ola bilər” replikasına isə NATO təmsilçisi belə cavab verib:  

“Mümkündür. Həmçinin Türkiyə ilə İran da ola bilər”.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı