Modern.az

Prezidentlərin növbəti görüşü nə vəd edir? Erməni və rus ekspertin ŞƏRHLƏRİ

Prezidentlərin növbəti görüşü nə vəd edir? Erməni və rus ekspertin ŞƏRHLƏRİ

Aktual

4 İyul 2015, 11:10

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri arasında gözlənilən növbəti danışıqlar raundu ilə bağlı məsələlər ətrafında müzakirə aparmaq üçün regiona səfər edəcəklər.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş tədbirdə bu barədə açıqlama verib.  

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sərkisyan arasında planlaşdırılan yeni görüşlə bağlı Ermənistandan və Rusiyadan olan ekspertlər öz fikirlərini bölüşüblər.

Modern.az saytının məlumatına görə Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan “Vestnik Kavkaza” analitik portalına şərhində bildirib ki, prezidentlərin bu vaxta qədər keçirdiyi danışıqların proqramında heç bir şey dəyişməyib.  

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələ həmişə gündəlikdə olsa da, danışıqlar prosesinin tərkib hissəsində bu və ya digər şəkildə yenilik olmayıb.  

Erməni ekspert hesab edir ki, İlham Əliyev və Serj Sərkisyanın görüşündə qoşunların təmas xəttindəki gərginlik əsas müzakirə predmeti olacaq.  

“Görünür, cəbhə xəttindəki nisbi sakitli qoruyub saxlamaq görüşün əsas məqsədlərindən biri olacaq. Amma buna nə qədər əməl ediləcəyi bəlli deyil”,-deyən politoloq əlavə edib ki, Qarabağda aktiv hərbi əməliyyatların keçirilməsi ehtimalı isə dəqiq deyil.  

MDB ölkələri İnstitutunun erməni filialının direktoru Aleksandr Markarov isə düşünür ki, yüksək səviyyəli danışıqlardan bir nəticə gözləməyə dəyməz.  

“Ümumiyyətlə görüşün gündəliyi son bir neçə ildə dəyişməyib. Buna görə də böyük irəliləyiş gözlənilmir. Amma bu prosesin özü mövcud neqativ hadisələrin inkişafı ehtimalını azaldır. Yəni, danışıqların real nəticəsi ondan ibarətdir ki, gələcəkdə genişmiqyaslı əməliyyatlar olmayacaq. Lakin görüşdə hər hansı qərarların qəbul edilməsi və sənədlərin imzalanması ağlabatan deyil”.  

Aqşin Kərimov      


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı