Modern.az

AXCP-dən şok İSTEFA - Əli Kərimlinin müavini partiyadan getdi

AXCP-dən şok İSTEFA -  Əli Kərimlinin müavini partiyadan getdi

Aktual

8 İyul 2015, 16:23

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verdiyini açıqlayıb. Modern.az xəbər verir ki, o bu barədə Facebook səhifəsində yazıb:

“Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.
Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Əbülfəz Qurbanlı ilə əlaqə saxlayıb. O bildirib ki, bu haqda danışmaq istəmir. Xəbəri nə təsdiq edib, nə də inkar edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə açıqlamasında məlumatın dəqiq olub-olmadığını bilmədiklərini deyib.

Sevinc Yasinqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı