
Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Nepal və Kambocanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) partnyor kimi iştirak edəcəklərini bildirib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Kreml başçısı ŞƏT dövlət başçılarının Şura İclasında çıxışı zamanı adıçəkilən ölkələrin dialoq üzrə tərəfdaş kimi ŞƏT ailəsinə qoşulmaq istədiyini bəyan edib.
Vladimir Putin qeyd edib ki, ŞƏT-in işində iştirak etmək istəyən başqa dövlətlər də var.
“Uyğun tələblər nəzərə alınmaqla onların işinə baxılacaq”,-deyə Putin qeyd edib.
***
Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə bildirib ki, Azərbaycan və Ermənistanla yanaşı, Türkiyə ilə İran da sözügedən təşkilatla əməkdaşlıq etmək niyyətindədir. Onun bildirdiyinə görə ŞƏT-ə qoşulmaq istəyən ölkələrin müraciətlərinə baxılacaq.
“Düşünürəm ki, bu ölkələr dəstəyə layiqdir. Bu təşkilatın konsepsiyası çərçivəsində müraciət edən dövlətlərin arzuları diqqətlə və mərhələli şəkildə nəzərdən keçirilməlidir. Bu, təşkilatın güclənməsinə xidmət etməlidir”Aqşin Kərimov