Modern.az

Ermənilər Qarabağa gedən ikinci yolu asfaltlayırlar - FOTOLAR

Ermənilər Qarabağa gedən ikinci yolu asfaltlayırlar - FOTOLAR

Aktual

22 İyul 2015, 10:53

Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək Vardenis-Ağdərə yolunun çəkilməsi yekun mərhələyə qədəm qoyub.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 114 kilometrlik yolda torpaq işləri başa çatıb və artıq yolun asfatlaşdırılmasına başlanılıb.

Təxminən 30 milyon dollara başa gələcək yolun tikintisi üçün “Hayastan” ümumerməni fondu 25, Ermənistan hökuməti isə 5 milyon dollar vəsait ayırıb.    

Gorus-Xankəndi yolu ilə yanaşı Ermənistanı Qarabağa bağlayacaq magistral xətt 2016-cı ilin əvvəlləri üçün istismara veriləcək.

   

Vüqar İsmayılov      


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı