Səlahiyyət müddəti gələn ilin noyabrında başa çatan ABŞ prezidenti Barak Obama prezidentliyi müddətində ən böyük məyusluğu haqda danışıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə odlu silah satışının qanunvericilikdə daha sərt qaydalarla satışına nail ola bilməməsini Obama böyük məğlubiyyəti adlandırıb. Ölkə başçısı amerikalıları dünyanın ən öndə gedən xalqlarından biri adlandırsa da sağlam məntiqə cavab verən odlu silah satışı qaydalarının olmamasından gileylənib.
“Əgər siz 2001-ci il 11 sentyabr hadisələrindsən sonra terrorçuların əlindən ölən amerikalıların sayına baxsanız, onların sayı 100-dən az olacaq. Amma siz zorakılıq yolu ilə odlu silahdan açılan atəşlə ölənlərin sayına baxsanız, onların sayı onminlərlə olacaq”.2012-ci ildə Konnektikut ştatında 26 nəfərin ölümü ilə nəticələnən silahlı insidentdən sonra Barak Obama silah satışına nəzaərti gücləndirmək üçün Konqersə qanun layihəsi göndərsə də qanunvericilər onu geri çevirmişdilər.
Vüqar İsmayılov