Bir neçə gündür media və social şəbəkələr Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakıda şortik geyinən kişilərlə bağlı səs-küylü açıqlamasını müzakirə mövzusuna çevirib.
“Bakıda şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub demək lazımdır” deyə mətbuata danışan Hafiz Hacıyev daha sonra bildirib:
“Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin”.
Modern.az saytının məlumatına görə, H.Hacıyevin bu qalmaqallı açıqlamasının müzakirə olunduğu bir zamanda onun özünün şortikli şəkilləri ortaya çıxıb. H.Hacıyev hansısa istirahət məkanında əynində şortik, ayağında çəkələk görüntülənib. Müasir Müsavat Partiyası sədri bu şəkilləri sosial şəvəkələrdə ciddi müzakirələrə səbəb olub.
İndi H.Hacıyevin özünün bu şəkillər barədə açıqlaması maraq doğurur: nə deyəcək?
Modern.az saytı "şortik qalmaqalı"na dair səs-küylü açıqlama müəllifinin müzakirələrə yol açan şəkillərini təqdim edir:


A.Qorxmaz