Eldar İbrahimov: “Bütün dünya belə məhsullara qarşı mübarızə aparır”

Bu günlərdə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Bolqarıstandan səfərdən qayıdıb.
Səfər barədə Modern.az saytına məlumat verən nümayəndə heyətinin sədri, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin komitə rəhbəri Eldar İbrahimov bildirib ki, məqsəd bu ölkənin hakim GERB partiyası ilə YAP arasında münasibətləri daha da genişləndirmək olub.
“Bildiyiniz kimi partiyamızın nüfuz dairəsi yalnız Azərbaycanla məhdudlaşmır. Dünyanın əksər ölkəsində böyük partiyalarla qarşılıqlı əməkdaşlığımız var.
Bolqarıstana səfər edən nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hadi Rəcəbli də daxil idi. Eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev də səfər müddətində bizimlə bir yerdə oldu.
Səfər zamanı biz Bolqarıstan hakim partiyasının sədr müavini Tsvetem Tsvetemovla geniş müzakirələr apardiq. Qeyd etməliyəm ki, biz bütün görüşlərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini xüsusilə qabartdıq.
Bundan başqa bu ölkənin Kənd təsərrüfatı naziri, xanım Desislava Taneva ilə görüşdük və aqrar sahə ilə bağlı geniş müzakirələrimiz oldu.
Xanım deputat Tsveta Karayençeva və komitə sədrinin müavini Svetlana Angelova ilə görüşlərimiz oldu.
Səfər çərçivəsində bizi Bolqarıstan Milli Assambleyasının sədri Trestska Tsasşeva da qəbul etdi.
Bundan əlavə, Bolqarıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə üşçi qrupunun üzvləri ilə də görüşdük. Onları Azərbaycana dəvət etdik.
Asəf Quliyev spikerlə görüşdə yaxın zamanlarda QDİƏT PA-nın Varnada keçirliəcək komitə iclasının detallarını müzakirə etdi.
Hesab edurəm ki, həm parlamentlərarası münasibətlərin, ümimilikdə isə ölkələrarası münasibətlərin daha da yaxınlaşması baxımından böyük əhəmiyyətə malikdir.
Təbii ki, bu məsələdə YAP-ın böyük xidmətləri var”.
Eldar İbrahimovdan səfərdə olduğu zaman mətbuata verdiyi müsahibənın geniş rezonans doğurduğu və məsələ barədə fikirlərini də soruşduq.
O, qeyd etdi ki, bu müsahibəni yolüstü, hava alanından telefonla verib: “Bəribaşdan deyim ki, həmin müsahibədə mən heç bir dövlət qurumunun adını çəkməmişəm. Ola bilsin ki, telefonda müsahibəni götürən müxbir nəyisə yanlış anlayıb. Jurnalist dediklərimi diktafonuna yenidən qulaq asmaqla təsdiqləyə bilər. Mən dəhşətli sözünü ümumiyyətlə işlətməmişəm.
Bir məsələni jurnalistlər nəzərə almalıdırlar ki, Eldar İbrahimovun parlament təcrübəsi kifayət qədərdir və deputatın səlahiyyətindən kənar məsələnin nədən ibarət olduğu bizə aydındır.
Qaldı konkret olaraq geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları ilə bağlı məsələyə, bir daha bəyan edirəm ki, mənin açıqlamam daha çox təbliğat xarakterli idi.
İnsanlarımız bilməlidirlər ki, geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsi qanunu pozmaq deməkdir. Buna görə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində konkret müddalar var.
Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, belə məhsulların insan sağlamlığına vurduğu ziyanı diqqət etmək lazımdır.
Bu iki məqamı insanlarımız bilməlidirlər.
Müsahibədə mən cəmiyyətə bunları çatdırmağa çalışmışam. Yoxsa nə Gömrük Komitəsinin, nə də Dövlət Səhəd Xidmətinin adını çəkmişəm.
Hər iki qurumun fəaliyyətini hər zaman, hətta Millə Məclisdə büdcə müzakirələri zamanı təqdir etmişəm. Hesab edirəm ki, bu quruma rəhbərlik edənlər Heydər Əliyev siyasətinə, dövlətçiliyə sadiq insanlardır.
Azərbaycanın inkişafına daim öz töfvələrini verirblər.
Mən uzun illərdir Milli Məclisdə aqrar sahəyə rəhbərlik edirəm. Həmin geni dəyişdirilmiş məhsullara hansı qurumun nəzarət etdiyi barədə məlumatım var. Bunun nə Gömrük Komitəsi, nə də Dövlət Səhəd Xidmətinə aidiyyatı var”.
Komitə sədri deyib ki, dünyanın bir çox ölkəsinə səfərdə edib və həmin ölkələrin də geni dəyişdirilmiş məhsullara qarşı mübarizə apardığının şahidi olub: “Avropa ölkələri bu bəlanın əlində acizdirlər. Miqrantlar, narkotika və geni dəyişdirilmiş məhsulların bütün ölkələrə axını var. Bütün dünya buna qarşı mübarizə aparırı.
Azərbaycan bu sahədə daha ciddi addımlar atır. Bu məsələdə cənab Prezident İlham Əliyevin ciddi göstərişləri var. Hesab edirəm ki, hər birimiz Prezidentimizin aparadığı siyasətə dəstək olmalı, xalqımızın gələcəyi, Azərbaycanın sabahı üçün çalışmalı, ölkə rəhbərinə dəstək olmalıyıq. Bu bizim hər birimizin vətəndaş borcudur”.
Pərvin ARZUQIZI