Modern.az

Maliyyə hesabatı verməyən partiyaların adı məlum oldu

Maliyyə hesabatı verməyən partiyaların adı məlum oldu

Aktual

13 Avqust 2015, 12:29

Azərbaycanda rəsmi qeydiyyatdan keçən partiyalardan illik maliyyə hesabatı verməyən partiyalar məlum olub.

APA- nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, ümumilikdə 51 partiya illik maliyyə hesabatını təqdim edib.

4 partiya isə illik maliyyə hesabatını təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.

Qeyd edək ki, bu il qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir.  


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı