Modern.az

Azərbaycandan Gürcüstana 7,4 milyon dollar köçürülüb

Azərbaycandan Gürcüstana 7,4 milyon dollar köçürülüb

Aktual

21 Avqust 2015, 12:02

 

Gürcüstan Milli Bankı 2015-ci ilin yanvar-iyul aylarında ölkə banklarına beynəlxalq pul köçürmə sistemləri vasitəsilə transfer edilən və ölkədən çıxarılan valyutanın miqdarını açıqlayıb.

Modern.az Gürcüstan Milli Bankının saytına istinadla xəbər verir ki, yanvar-iyul aylarında qonşu ölkəyə 632 milyon dollar pul köçürülüb. Bu göstərici ötən ilin müvafiq 7 ayı ilə müqayisədə 202,3 milyon dollar yaxud 24,2% azalıb.

Gürcüstana ən çox maliyyə Rusiyadan (247,8 milyon dollar) köçürülüb.

Gürcüstana ən çox pulun köçürüldüyü 2-ci ölkə Yunanıstan (87,1 mliyon dolar), 3-cü ölkə Italiya (60,6 milyon dollar), 4-cü ölkə ABŞ (55,8 milyon dollar) və 5-ci ölkə Türkiyə (42,1 milyon dollar) yer alıb.

Azərbaycandan elektron pul köçürmə sistemləri vasitəsilə Gürcüstana 2015-ci ilin yanvar-iyul aylarında 7 milyon 453 min dollar vəsait köçürülb.   

Vüqar İsmayılov    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı