Modern.az

Türkiyənin keçici hökumətində bunlar nazir ola bilərlər - SİYAHI

Türkiyənin keçici hökumətində bunlar nazir ola bilərlər - SİYAHI

Aktual

26 Avqust 2015, 17:10

 

Hökuməti qurmaq səlahiyyəti verilən baş nazir Əhməd Davutoğlu Ədalət və İnkişaf  Partiyasının (AKP) 11, Cümhuriyyət Xalq Partiyasının (CHP) 5, Milliyyətçi Hərəkat Partiyasının (MHP) 3  və Xalqların Demokratik Partiyasının (HDP) 3 üzvünə bu gün məktubla nazir olduqlarını bildirib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, MHP-dən bu şəxslərə nazirlik təklifi edilib: Kenan Tanrıkulu, Meral Akşener, Tuğrul Türkeş.

HDP-dən nazirlik təklifi edilənlər bunlardır:  Müslüm Doğan, Levent Tüzel, Ali Haydar Konca.

CHP-dən bu şəxslərə nazirlik təklifi göndərilib: Deniz Baykal, Erdoğan Toprak, Gülsüm Bilgehan Toker, Tekin Bingöl, İlhan Kesici.  

AKP-dən keçici hökumətdə təmsil olunmaları üçün kimlərə məktub göndərildiyi hələ ki açıqlanmayıb.

Qurulacaq keçici seçki hökumət noyabrın 1-də keçiriləcək seçkilərə qədər vəzifəsini yerinə yetirəcək.

Adları açıqlanan partiya üzvləri cavablarını 24 saat ərzində yazılı şəkildə bildirməlidirlər.

CHP-dən olan Erdoğan Toprak artıq təklifi qəbul etməyəcəyini açıqlayıb.   HDP-dən olan Ali Haydar Konca isə deyib ki, önəmli olan Türkiyənin birliyi, bütünlüyü və qardaşlığıdır.  

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı