20 Dekabr 2016, 16:00 | Ana Səhifə - Yazılar - Bakını tərk et
Bakını tərk et

Qabil


Bakı yerliçilik bilməyib heç vaxt.
Açıb qucağını öz millətinə
Yaraşdırmayıbdır o boyda paytaxt
Bu cılız söhbəti xasiyyətinə.


Əzəldən olmayıb bir ehtiyacı
Haralısan? – deyə sorğu-suala.
Tapan burda tapıb burda əlacı,
Yetən burda yetib əqlə-kamala.


Burda Babəklərin ayaq izi var,
Nəsimi Bakıdan ötüb Hələbə.
Bakıda ərsəyə çatıb çobanlar...
Burda alim olub kasıb tələbə.


“Bakı”... Azərbaycan... işığa bir bax!”
Bu ki söz sənəti, bu ki şeirdi.
“Şərqin ilk günəşi burdan doğacaq”
Şair Səməd Vurğun doğru deyirdi.


Vətən torpağının iki daşını
Çalsam bir-birinə çaxmaq daşı tək
Onda itirəcək millət başını,
İtən başımıza od töküləcək.


Bakı küçələri qana batanda...
Bakılı, şəkili qanı qarışdı...
Tanklar əzib töküb, qırıb çatanda
Bir-bir xalqımızdan pasport soruşdu?!


Qərənfil yağışı!.. Nə qiyamət söz,
Bu söz tarixlərdə yaşayacaqdır.
Qərənfil bu gün də közərir köz-köz...
Bu köz tarixlərdə yaşayacaqdır.


İnsan ümmanında tabutlar üzdü,
Bakıda qovuşdu ümmana ümman.
Azadlıq bayrağı əllərdə gəzdi,
Bayraq qan... tabut qan... qərənfilim qan.


Qəzəbli-qəzəbli süzürəm ancaq
Bakıda dolaşan veyilləri də.
Ay Allah, əl açıb dilənir uşaq,
Süzürəm pəhləvan veyilləri də.


El-elə sığışar. Nə olar, sığsın!
 El gücü-sel gücü ayrı nağıldı.
Fərari ağlını başına yığsın!
Bu nə kişilikdi, bu nə ağıldı?!


Cəbhədən qaçanı ev dəftərinə
Yazmayın! – qışqırar əsl bakılı.
Kim dolub Bakının küçələrinə
Tanımır belə bir nəsil bakılı.


Döyüşçü libaslı dələduz cavan,
Bir yol heç olmasa qospitala get.
Get, hal-əhval soruş, bir yaralıdan,
Elə qospitaldan Bakını tərk et.
Elə qospitaldan cəbhələrə get!


Ey meydannan qaçan, hanı qeyrətin?
Qoltuq ayrı şeydir, yaxın ayrı şey.
Bakı pənahıdır bütün millətin,
Pənah ayrı şeydir... axın ayrı şey...


2 noyabr, 1992.

Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?