11 Avqust 2019, 18:35 | Ana Səhifə - Yazılar - Atamın gözlərində oxumuşdum: Erbarme dich, mein Gott – Vasif İsmayıl
Atamın gözlərində oxumuşdum: Erbarme dich, mein Gott – Vasif İsmayıl

Vasif İsmayıl


Son günlərdə məşğuliyyətim, yəni öz musiqi zövqüm əsasında sıyahılar tərtib edilməsi məni uzaqlara, uşaqlığıma sıx-sıx götürdü. Mənim musiqi zövqüm atam tərəfimdən sistemli olaraq formalaşdırıb. Atam 3 övladından məndən başqasına bu qədər zəhmət çəkməyib. Qardaşım Sabit bir az dəcəllik sevən biri idi - deyəsən, ondan əlini üzəndən sonra bütün gücünü mənə verdi, bəlkə də mənim özümdə nə isə var imiş.

Atam bizi oturdub klassik musiqi parçaları dinlədərdi. Üç qardaş oturub məcburən dinləyərdik. İşlədiyi məktəbdə də şagirdlərə dərs arasında musiqi dinlədirmiş. Mən bu xasiyyətinə uzun müddət haqq vermirdim. Dərsi niyə bölürsən məntiqi ilə yəni. Amma son 2 ildir özüm tələbələrimə Google üzərindən radioloji şəkillər göstərərək dərs keçirəm və....araya mütləq musiqi sıxışdırıram.

Atam sonradan bizə dinlətdiyi vinil plakları Sumqayıt kitabxanasına bağışladı.

Atamın ən çox sevdiyi bəstəkar Bethoven idi, mən isə elə 7-8 yaşımdan Bax-a vurulmuşdum. Bax repertuarını yaxşı bildiyimi düşünürdüm. Atam bizə Sovet sənayesinin bazara buraxdığı bütün Bax plaklarını dinlətmişdi axı.

Amma yanılmışam.

Türkiyədə urologiya asistentliyində idim. İnternet yeni çıxmışdı. Bir dəfə klassik musiqi aranjmanları dinləyərkən (o zaman youtube zad yox idi, musiqi üçün xüsusi portallarda minlərlə əsərlik arxivləri eşələməli idik) bir əsər ilə qarşılaşdım. Araşdırdım..... Bax-ın Matveyə görə ilham külliyatından imiş. Kantatanın adı isə Erbarme dich, mein Gott. (Bizə rəhm et, Tanrım).

Yayda evə gələrkən bunu atama dedim. “Bizdə var” - dedi.

-Mənə niyə indiyə qədər dinlətmədin...dedim.

Çox söz dedi, amma bu əsərdə ciddi hüzn....hətta adı ilə deyim miskinlik hiss etdiyi üçünmüş.

Həqiqətən, atam miskinliyi sevməzdi.

Mən də miskinliyi sevmirəm. Ayağıma qapanan insan görəndə (nə də olsa cərraham) mən də onunla bərabər çökürəm ki, heç vaxt mənim qurşağımdan aşağı olmasın. Xəstə yalvarmasını o dəqiqə kobud şəkildə kəsirəm - insanın miskin ruh halına düşməsini sevmirəm. Özüm narahat oluram kimisə miskin görəndə.

Amma....içimizdə miskinlik var.

Uşaq vaxtı çox gözəl yalvara bilirdim. Öz də dilim elə uşaqlıqdan iti və yorğadır. Adama ilan dili çıxarmağı yaxşı bacarırdım.

İçimdə də miskinlik var idi. İçin-için ağlamaq nədir çox yaxşı bilirdim. Öz də ən bəsit səbəblərdən ötrü. Bir dəfə bağça müəlliməmiz Səbinə xanım işə gəlməmişdi, bizi başqa tərbiyəçiyə vermişdilər.....buna ağlamışdım. Öz də saatlara cınqırım da çıxmırdı, amma gözümdən yaş sel kimi gəlirdi. Sonradan Səbinə müəllimənin oğlanları sələfilərə qoşuldular. Amma yaxşı ki kiminsə gününü ağlar qoymadılar..... o gün qardaşımla danışırdıq, Suriyaya getmək həvəsində adam olsalar da, sonradan dönüb balaca qardaş.... Bu dönmənin səbəbini mənə başqa sələfi dostum (onları tanımır, eləcə demişdi) belə izah etmişdi....Kiminsə evini əlindən alaraq şəriət qura bilərik, amma xoşbəxt ola bilmərik.

Xoşbəxt....

Nədir, lan, bu xoşbəxtlik?!

Xoşbəxtlik xəstəxanada yatarkən anamı görmək idi. Bir dəfə də haymorit səbəbilə xəstəxanada yatırdım. Anam hər axşam dalımca gəlirdi, mənə qızardılmış toyuq budu gətirirdi - Sovet haqqında danışılanlara baxmayın, hər axşam qızardılmış toyuq budu yemək o zaman xoşbəxtlik idi...siz hələ indiki xoşbəxtliyinizə şıllaq atın.

O gün bir az gecikdi anam.....Bu səfər gözümdən yaş gəlmədi....amma çoooox yalvardım içimdə....çox ağladım.....

İndi artıq əvvəlki kimi ağlamıram....bəzi sözlərimlə bəzilərinin gününü ağladıram.

Din deyilən axmaqlığın kökünü anladığım üçün.

İnsan öz daxilində bəzi təməl hisslərin daşıyıcısıdır.

Birincisi, hər kəs ədalət istəyir.

Amma hər kəsin ədaləti əldə etmək üçün gücü yoxdur axı..... Ona görə də həvalə edirlər....Allaha.... ilahi bir varlıq uydurublar, guya o, hər şeyə nəzarət edir və pxı adamların cəzasını mütləq verəcək.

İkincisi hər kəs sevilmək istəyir.

Bunun çirkini var, ağıldan kəmi var, uğursuzu var, içib-içib gecə ağlayanı var (sitatdır), narkomanı var...- bəzilərini öz doğma anası belə sevə bilmir.

Amma Allah sevir.

İndi kim arzulamaz belə yaradıcını?!

İnsanların bu təməl hissindən və ehtiyacından bəziləri məharətlə istifadə edib varlanmaq və hakimiyyət qurmaq üçün alətə çevirdilər.

İnsanı idarə etmək üçün əvvəl onu miskinləşdirməlisən.

Matveyə görə ilham əsərinin ilk kantatası Tanrıya yaxarışdır.

Rəhmli ol, Tanrım,
Göz yaşlarımla yalvarıram!
Bir bax,
Sənin qabağındaca ürəyimdə
acı yaxarış var.

Atam Rafael Cabbar oğlu İsmayıl 2010-cu ilin 3 Fevral tarixində saat 00.30-da dünyaya gözlərini yumdu. Yasin-i biz oxuya bilmədik, qonşumuz Güləndam xalanın oğlu Elsevəri çağırdıq.

Can verərkən atam məni görmək istədi - mən uzaqda idim. Gəlib çatdım. Artıq danışa bilmirdi. Tez-tez nəfəs aldığı üçün dodaqlarını birləşdirib söz deyə bilmirdi. Eləcə mənim boynumu qucaqlayıb öpməyə çalışırdı.

O zaman atamın gözlərində oxumuşdum.....

Erbarme dich, mein Gott!

Amma atam Tanrıya yalvarmırdı....mənə baxırdı....ondan əvvəl ailəsini mənə tapşırmışdı - daha çox yaşayarsan deyə biz də gülüşmüşdük....

Bir az əvvəl Gülnarə xanım Erbarme dich, mein Gott əsəri də ən bəyəndiyim 100 akademik musiqi əsəri arasında olmalı idi deyəndə bunu xatırladım.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 23 İyul 2021, 18:16 XİN sərhəddəki təxribatla bağlı məlumat YAYDI 23 İyul 2021, 18:10 İşdən çıxarılan "Zəfər" ordenli general... - DOSYE 23 İyul 2021, 18:06 Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisinə başlanıldı 23 İyul 2021, 18:03 İncəsənət Gimnaziyasının müəllimi vəfat etdi 23 İyul 2021, 18:00