1 mart 2020, 14:31 | Ana Səhifə - Yazılar - Bazar günləri
Bazar günləri

İbrahim Nəbioğlu


Ali məktəbi tətbiqi riyaziyyat ixtisası ilə bitirdiyimdə informasiya texnologiyaları yeni-yeni ortaya çıxırdı. Məni təyinatla Neftayırma zavodlarından birinin İnformasiya-Hesablama Mərkəzinə göndərdilər. Ancaq Mərkəzin direktoru Novruz A. qırmızı diplomlu gənc mütəxəssisi yanında görmək istəmədi. Ətrafı tamamən ermənilərdən ibarətdi - katibəsi, kompüter şöbəsinin müdiri, baş müsahibi və bir neçə aparıcı mütəxəssis mənfur millətin nümayəndələri idilər. İşə başladığımdan bir ay sonra N.A. məni yanına çağırıb "Sən bizə istehsalatda lazımsan" dedi. Bu, məni zavodun ən önəmli və ən çətin bölümlərindən birinə - ELOU-AVT-yə sürgün etmək demək idi.

21 yaşında idim, başımdakı "yüyənsiz xəyallarla" ikinövbəli işə başladım. 12 saat gündüz, 12 saat gecə işləyib 2 gün də dincəlirdim. İşim ELOU-AVT-nin texnoloji prosesinə nəzarət etməkdən ibarət idi. Guya kompüterlə mürəkkəb neftayırma prosesini həyata keçirəcəkdik. Təbii ki, Sovetin kompüterləri Sovetin texnoloji prosesini idarə-filan etmirdi, hər şey yenə də fədakar fəhlələrin nəzarətində, onların qabarlı əllərində idi. Balaca kompüter isə "göz boyamaqdan" başqa bir şey deyildi. Mən o ortama təsadüfən düşmüş, birilərinin ambisiyaları onlara elmi, maddi dividentlər gətirir, olan isə yenə əlləri qabar fəhlə sinfinə olurdu. Bu zəhmətkeş insanlar min bir zülümlə çalışır, plan doldurur, həyat uğrunda mübarizə aparırdılar. Hesablama Mərkəzindəki uşaqlar ayda 120, mən isə gecə "smenlərinə" görə 175 rubl maaş alırdım (Aradakı 55 rubl o dövr üçün ciddi fərq idi).

İş qrafikimi elə qurmağa başladım ki, növbələrim bazar gününə düşsün. Sevirdim bazar günləri çalışmağı. Digər üç "smenşikim" bazar günləri evdə olmaq üçün dəridən-qabıqdan çıxırdılar, ancaq mən bazar günü saat 12-yə qədər yatıb, avaralanmaqdan xoşlanmırdım. Gecə-gündüz oxuyur, öyrənir, boş vaxtlarımda Axundov kitabxanasından çıxmırdım. "Smen"də isə öyrəndiklərimi fəhlə dostlarımla bölüşürdüm. İndiyə qədər oxuduqlarımın yarısını məhz 3 illik o "sürgün" həyatımda bitirmişəm. ELOU-AVT-də çalışan fəhlələr məni sevirdilər. Orada üstü-başı təmiz yeganə adam məndim, ancaq özümü "qara fəhləlik" edən iş yoldaşlarımdan ayırmırdım, yeməyi onlarla yeyir, uzun qış gecələri sabaha qədər söhbətləşir, oxuduqlarımı müzakirəyə açırdım. Mənə "uçitel" deyirdilər…

İndi o gənclik illərimdən 30 ildən çox vaxt keçib, bazar günləri günortaya qədər yatdığımı isə heç xatırlamıram. Bədənimi, beynimi elə alışdırmışam ki, gecələr ən çox 7-8 saat yatıram. Bazar günləri belə erkəndən qalxıb, nəsə faydalı bir işlə məşğul olmağa çalışıram. Sevirəm bazar günləri çalışmağı.

2019, bir bazar günü

 

Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37 Dil- xalqı birləşdirən DƏYƏR 30 Noyabr 2020, 15:31 İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   30 Noyabr 2020, 15:28 Milli Məclisin Elm və təhsil komitəsi iclas keçirib 30 Noyabr 2020, 15:23 "Qarabağın məşhur müəllimləri" - Ənvər Rza 30 Noyabr 2020, 15:18 Şuşa yolu minalardan təmizlənir 30 Noyabr 2020, 15:12 Azad olunmuş yerlərə icazəsiz gedənlər: mülki şəxsləri oralara kim buraxır? 30 Noyabr 2020, 15:06 Bu rayonların minalardan təmizlənməsinə başlanıldı 30 Noyabr 2020, 15:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?