29 Avqust 2020, 08:33 | Ana Səhifə - Yazılar - Yeni dünyaya XOŞ GƏLDİNİZ!
Yeni dünyaya XOŞ GƏLDİNİZ!

İbrahim Nəbioğlu

İlon Mask 28 avqustu 29-na bağlıyan gecə özünün ən fantastik layihəsini - insan beynini bilgisayara bağlayan "Neuralink"in prezentasiyasını keçirdi.

Gecəyarı düşündüm ki, görəsən, neçə Azərbaycan kanalı bu prezentasiyanı canlı olaraq yayımlayır, neçə xəbər portalı texnologiya tarixindəki bu "ürpərdici" elmi sıçrayış haqda material yazır və neçə bloger öz kanalında olaya yer ayırıb…

Ancaq mediamız Dünyanın maraqla gözlədiyi bu gecəyə diqqət göstərməsə də, mütərəqqi ölkələr Maskın "Neuralink" neyro-texnologiya şirkətinin hazırladığı mikroçip ilə insan beynini kompüterə birləşdirəcək texnologiyaya böyük diqqət göstərdi. Çünki, "Neuralink" hafizə itkisindən depressiya və korluğa qədər müxtəlif nevroloji problemlər, onurğa yaralanmalarına qədər bir çox tibbi problemi də çözəcək ki, bunlar da müasir insanın həyatında yeni eranın açılacağına işarədir. Bu gecə Elmin təntənəsi idi!

İnsan beyninin serebral korteksinə yerləşdirilən çip musiqi dinləmək, klaviaturaya toxunmadan düşüncə ilə yazı yazmaq kimi ağlasığmaz şeylər də edəcək. "Link" adı verilmiş çip düymə böyüklüyündə olub, qulağın arxasına yerləştirilir. Prezentasiyada Mask çipin bütün smart özəlliklərə sahib olduğunu, onun vasitəsilə, məsələn, "Tesla" avtomobilinin avto-pilotunun belə idarə olunacağını söylədi.

İnsan beyninə yerləşdiriləcək implant çip Maskın prezentasiyasında donuzlara taxılaraq göstərildi. İlon Mask beyin çipinin keçən ay meymunlar üzərində test edildiyini, ancaq insanlar üzərində ilk eksperimentin bu ilin sonunda keçiriləcəyini dedi. İnsan beyninin serebral korteksinə yerləşdiriləcək implant-çip insanla kompyuterin interfeysini quraraq, tibbdə yeni üfüqlər açacaq, daha sonrakı perspektivdə isə insanın növ olaraq təkmilləşdirilməsində istifadə olunacaq.

Beləliklə,

▪️Beyin kompyuterə bağlanır
▪️Düymə 8 mm qalınlığındadır
▪️Batareya 1 gün yetir
▪️Bluetooth ilə çalışır
▪️Beynə gedən kabellər saç telindən incədirlər
▪️Proqram təminatı internetdən yenilənir
▪️Anesteziyaya ehtiyac yoxdur
▪️İmplantı robotlar yerləşdirəcək

Gecəninin sonunda İlon Mask "Neuralink" layihəsi üçün pula ehtiyacının olmadığını, çalışacaq insan lazımdır dedi və bir e-mail adresi verərək ən ağıllı gənclərin onunla əlaqəyə girmələrini söylədi.

Prezentasiyanın sonunda donub qalmışdım, müəyyən qədər məlumatlı olsam da, gördüklərim və eşitdiklərimdən paralel dünyaya keçmişdim sanki.

Bəli, Bəşəriyyəti yeni bir gələcək gözləyir, nə qədər ürkütücü və qorxulu görünsə də, biz bu gecə Dünyanı dəyişdirəcək bir hadisəyə şahid olduq. Elmin, texnologiyaların önünü kəsmək mümkün deyil artıq, düşünən beyinlər Dünyanın çöhrəsini dəyişməyə başladılar.

Gələcək Elmlə gələcək! Gələcək çox tez gələcək! Gələcək çox gələcək!

Azərbaycan əsgəri Xocavənddəki erməniləri “separatçı bayrağı”nı çıxarmağa MƏCBUR ETDİ 18 May 2021, 12:12 Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI 18 May 2021, 12:06 İcra başçısı həlli vacib olan məsələləri sakinlərlə müzakirə etdi 18 May 2021, 12:00 Gömrük Akademiyasında təlimlər keçirlər 18 May 2021, 11:55 Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb 18 May 2021, 11:50 Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub - VİDEO 18 May 2021, 11:45 Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24