21 Yanvar 2021, 16:24 | Ana Səhifə - Yazılar - İki türk dövlətinin “Dostluq” anlaşması
İki türk dövlətinin “Dostluq” anlaşması

Elman Babayev


Strateji qlobal layihələr Azərbaycanın gələcək inkişafına, enerji təhlükəsizliyinə etibarlı töhfə verir

 

 

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının yüksəldilməsi istiqamətində yeniliklərin olacağı barədə bəyanatından sonra ölkəmiz daha bir tarixi hadisənin şahidi oldu.  Bu gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı.

 

Belə bir sənədin imzalanması, ilk nöbvədə tarixi etnik-dini ənənələrə malik iki türk dövləti arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin bariz nümunəsidir. Məsələyə bu aspektdən yanaşdıqda yatağın “Dostluq” adlandırılması heç də təsadüfi seçilməyib.

 

Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük addım olan bu hadisənin digər əhəmiyyət kəsb edən istiqamətlərinə toxunsaq, vurğulamaq vacibdir ki, yataqdan hasil olunacaq neft və qaz ölkəmizə xas müasir infrastruktur və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu isə o deməkdir ki, neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq.

 

Bundan başqa, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə daşınmasında çox önəmli addımdır. Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən bu layihə çox böyük beynəlxalq və regional əhəmiyyət daşıyır.

Qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı keçiriləcək. Bu ərəfədə belə bir Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət impuls verəcək.

 

Sənəd eyni zamanda,

 

  • - Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə,
  • - xarici investorların bu layihələrə cəlb edilməsinə,
  • - Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə,
  • - Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq məkanı kimi güclənməsinə,
  • - Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitinin artmasına 


    mühüm töhfə verəcək.

 

“Dostluq” yatağının tarixi önəminin daha yaxşı anlaşılması üçün bir sıra başqa faktlara da nəzər yetirmək vacibdir.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. Sonralar Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataqda işlərin aparılması mümkün olmayıb. Belə ki, indi “Dostluq” adı daşıyan yataq Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi gerşəkləşməyib və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan ilə Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həllinə etibarlı zəmin yaradıb.

 

Nəticədə nəhayət ki, belə bir sənədin imzalanması mümkün olub.  Danılmaz reallıq odur ki, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən birincisi məhz Azərbaycan olub. Ölkəmizin bu istiqmətdə davamlı səyləri Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı dövlətlərin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib.

 

Nəticədə,

  • - 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”in,
  • - 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş”in,
  • - 14 may 2003-cü il tarixində isə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in

 

imzalanmasına nail olunub.

 

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu bir daha isbat edir.

 

Bu gün həyata vəsiqə qazanan layihələr təbii ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasətin bəhrəsidir.

 

20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. Bu, Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım oldu, ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycan ücün, sözsüz ki, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı, “Əsrin müqaviləsi”nin imzalanmasına müvəffəq oldu və enerji layihələri, neft-qaz strategiyası tarixə onun adıyla düşdü. Xarici şirkətlər Heydər Əliyevə və onun gətirdiyi siyasi sabitliyin möhkəmliyinə inandılar. 1994-çü ildə ortaya qoyulan “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı. Neft faktoru Azərbaycanın milli təhlükəsizlik faktoruna cevrildi.

 

Ulu öndər Heydər Əliyevin siyasi təfəkküründə ölkənin iqtisadi resursları, möçüzəvi nemətləri siyasi müstəqilliyin möhkəmlənməsi, xariçi müdaxilələrdən qorunması, dünyaya çıxması, özünü tanıtması, sayılan-secilən məmləkətə cevrilməsi ücün çox böyük faktor idi. Müstəqillik dövründə Böyük İpək yolunun acılması məsələsi istiqamətində addımların atılması, Bakı-Çeyhan neft kəmərinin cəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin mühafizəsində bir vasitəyə cevirdi. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

 

Beləliklə, sonrakı mərhələdə imzalanan yeni müqavilələr ölkəmizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihə  “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi təmin edilib. Bu strateji qlobal layihələr Azərbaycanın gələcək inkişafına, dünyanın enerji təhlükəsizliyinə etibarlı töhfə verir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36