Modern.az

İraqdakı terrorda 5 nəfər öldü

İraqdakı terrorda 5 nəfər öldü

Dünya

18 Noyabr 2018, 22:48

İraqın Tikrit şəhərində minalanmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 16 nəfər yaralanıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti məlumat yayıb.

 

"Səlahəddin əyalətinin Tikrit şəhərinin Atıbba küçəsində minalanmış avtomobildən istifadə ilə törədilən terror aktı 5 vətəndaşın ölümünə səbəb olub, 16 nəfər yaralanıb", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

 

Bundan əvvəl İraqın şimalında 50-dən çox İŞİD terrorçusu öldürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı