Modern.az

Gürcüstan parlamentinin sədri özünü cəmiyyətdən təcrid etdi

Gürcüstan parlamentinin sədri özünü cəmiyyətdən təcrid etdi

Dünya

30 Avqust 2020, 18:14

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze koronavirus təhlükəsi ilə əlaqədar özünütəcrid rejiminə keçib.

 

Modern.az xəbər verir ki, buna onun şəxsi mühafizəçisində koronavirusun aşkar edilməsi səbəb olub.

 

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında deyilir ki, şəxsi mühafizəçidə COVID-19 virusu təsdiqləndikdən sonar digər şəxslərlə yanaşı, A.Talakvadze və onun ailə üzvləri də testdən keçiriliblər. Nəticələr neqativ olsa da A.Talakvadze epidemioloji təhlükəsizlik baxımından özünütəcrid rejiminə keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!