Modern.az

Avropa Putinin nüvə təhdidini ciddiyə almalıdır - Borrel

Avropa Putinin nüvə təhdidini ciddiyə almalıdır - Borrel

Dünya

24 Sentyabr 2022, 21:10

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı silahlı münaqişədə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı hədələrini ciddi qəbul etməlidir.

 

Modern.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

 

Borrell qeyd edib ki, müharibə təhlükəli məqama çatıb.

 

"Əlbəttə, bu təhlükəli məqamdır, çünki Rusiya ordusu küncə sıxışdırılıb və Putinin təhdidi, nüvə silahından istifadə təhlükəsi çox pisdir", - deyə Aİ rəsmisi bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?