Modern.az

22 ukraynalı hərbçi əsirlikdən azad edildi

22 ukraynalı hərbçi əsirlikdən azad edildi

Dünya

7 Avqust 2023, 13:28

Ukrayna ordusunun 22 hərbçisi əsirlikdən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib.

 

Onun sözlərinə görə, azad edilən hərbçilər müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak ediblər. "Azad edilənlər arasında yaralılar da var. Ən böyüyünün 54, ən kiçiyinin 23 yaşı var", - o qeyd edib.

 

Rusiya əsirlərin mübadiləsi barədə məlumat verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu