Modern.az

Rəsmi Moskvadan Paşinyana SƏRT SÖZLƏR: O, Qərbə boyun əydi

Rəsmi Moskvadan Paşinyana SƏRT SÖZLƏR: O, Qərbə boyun əydi

Dünya

25 Sentyabr 2023, 17:06

Ermənistanın baş naziri Nikol Paşinyanın 24 sentyabr tarixli bəyanatı Rusiya Federasiyasına qarşı qəbuledilməz hücumları ehtiva edir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ və Ermənistan ətrafındakı vəziyyətlə bağlı bəyanatında deyilir.

 

Nazirlik qeyd edib ki, İrəvan böyük səhvə yol verir: Biz əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistan və Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə çalışaraq böyük səhvə yol verir.

 

Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır: “Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.

 

Nazirlik əlavə edib ki, Paşinyan Ermənistanın bütün bu müddət ərzində qəsdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib. 

 

Bəyanatda qeyd olunur ki, Paşinyan Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağın gələcəyi ilə bağlı centlmen razılaşmasına riayət etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib.

 

"Qarabağda yaranmış son vəziyyətin əsas səbəblərindən biri də, Ermənistanın üçtərəfli bəyanata zidd olaraq öz Silahlı Qüvvələrini Qarabağdan tam çıxarmaması idi", - bəyanatda vurğulanır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu