Modern.az

Baydenin yerinə prezident olsam... - Harris planlarından danışdı

Baydenin yerinə prezident olsam... - Harris planlarından danışdı

Dünya

9 Oktyabr 2024, 00:11

“Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm”.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-da prezidentliyə namizəd Kamala Harris ABC-də yayımlanan “The View” verilişində deyib. “Mən müəyyən təsirə malik qərarların əksəriyyətində iştirak etmişəm”, - deyə o bildirib.

 

Harris ABŞ lideri Cozef Baydenin iyulda prezident seçkiləri marafonundan çəkilməsini öyrəndikdən sonra ilk işinin keşişə zəng etmək olduğunu deyib. “Mənə Allahla danışmaq və dua etmək lazım idi”,- deyə Harris əlavə edib.

 

Qeyd edək ki ötən gün CBS telekanalı Harrisin “60 dəqiqə” verilişində müsahibəsini yayımlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış