Modern.az

Daha bir təyyarə qəzası - Bu dəfə Avropada

Daha bir təyyarə qəzası - Bu dəfə Avropada

Dünya

30 Dekabr 2024, 19:58

Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, 77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.

 

Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!