Modern.az

Tramp and içməzdən əvvəl mitinq keçirəcək

Tramp and içməzdən əvvəl mitinq keçirəcək

Dünya

2 Yanvar 2025, 15:10

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp inauqurasiyasından bir gün əvvəl, yanvarın 19-u Vaşinqtonda mitinq keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı bu planlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Amerikanı yenidən möhtəşəm et” adlı qələbə mitinqi “Kepital Uan Arena” idman-əyləncə kompleksində baş tutacaq.

Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-si olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!