Modern.az

Ermənistanda mikroavtobus dərəyə yuvarlandı - Yaralılar var

Ermənistanda mikroavtobus dərəyə yuvarlandı - Yaralılar var

Dünya

6 Yanvar 2025, 18:57

Ermənistanın Araqatson vilayətində azı 13 nəfərin yaralanması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, Aparan-Yerevan marşrutu ilə hərəkət edən “Qazel” markalı sərnişin mikroavtobusu yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır