Modern.az

Qəzzada BMT-nin 263 əməkdaşı öldürülüb

Qəzzada BMT-nin 263 əməkdaşı öldürülüb

Dünya

9 Yanvar 2025, 08:24

2023-cü ilin oktyabrından Qəzza zolağında humanitar təşkilatların 369 işçisi həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Fələstin əraziləri ilə bağlı hesabatında deyilir.

 

Ölənlər arasında Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin 263 əməkdaşı da var.

 

BMT agentliyi həmçinin Qəzza zolağında xəstəxanalardakı elektrik generatorları üçün tükənmiş yanacaq ehtiyatı problemini də diqqətə çatdırıb ki, bu da xəstələrin, o cümlədən yeni doğulmuş körpələrin həyatını ciddi risk altına qoyur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada