Modern.az

Türkiyədə fabrikdə yanğın - FOTO

Türkiyədə fabrikdə yanğın - FOTO

Dünya

12 Yanvar 2025, 09:40

Türkiyədə İstanbul şəhərinin Tuzla bölgəsində tikinti materiallarına məxsus fabrikdə yanğın olub.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın artıq söndürülüb.

 

Təxminən 1000 kvadratmetr sahəyə malik saxlama və istehsalat obyektində naməlum səbəbdən yanğın baş verib.

 

Xəbərdarlığın ardından bölgəyə yanğınsöndürənlər, polis və sağlamlıq qrupları cəlb edilib.

 

Qapalı ərazidə başlayan və anbar sahəsindəki altlıqlara keçən yanğın ətraf rayonlardan gələn yanğınsöndürənlərin köməkliyi ilə təxminən 1 saatlıq işdən sonra söndürülüb.

 

Yanğın nəticəsində fabrikə ziyan dəyib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV