Modern.az

Kaya Kallas Bakıya GƏLİR

Kaya Kallas Bakıya GƏLİR

Dünya

25 Yanvar 2025, 22:56

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.

 

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi isə K.Kallasın səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

 

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borrelli əvəz edib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır