Modern.az

Zelenski Poroşenkoya sanksiya tətbiq etdi

Zelenski Poroşenkoya sanksiya tətbiq etdi

Dünya

13 Fevral 2025, 13:48

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş prezidenti Petro Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, V.Zelenski bu gün müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Poroşenkoya qarşı sanksiyalar müddətsiz tətbiq olunur, o, dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq və ticarət əməliyyatları məhdudlaşdırılacaq.

Sanksiya siyahısında Poroşenkodan başqa İqor Kolomoyski, Gennadi Boqolyubov, Konstantin Jevaqo və Viktor Medvedçukun adları da yer alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?