Modern.az

İsrail HƏMAS komandirini öldürdü

İsrail HƏMAS komandirini öldürdü

Dünya

17 Fevral 2025, 17:17

İsrail ordusu HƏMAS hərəkatının Livandakı əməliyyat şöbəsinin rəhbəri Məhəmməd Şahinin öldürüldüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

O, Livanın cənubundakı Sidon bölgəsinə endirilən hava hücumunda öldürülüb.

Açıqlamada deyilir ki, Məhəmməd Şahin İsrailə qarşı terror aktları planlaşdırırmış. Döyüşlər zamanı o, Livandan İsrailə raket hücumlarını idarə edib və “HƏMAS üçün əsas xəbərçi” olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib