Modern.az

80 nəfərin olduğu təyyarə qəzasının ANBAAN GÖRÜNTÜLƏRİ

80 nəfərin olduğu təyyarə qəzasının ANBAAN GÖRÜNTÜLƏRİ

Dünya

18 Fevral 2025, 08:57

Torontoda "Delta Airlines"a məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 18-ə çatıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qəza zamanı ölən olmayıb.

Sosial şəbəkələrdə hadisənin anbaan görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik:

***

07:14

Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə , təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.

Onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?