Modern.az

Türkiyə Ukraynaya qoşun göndərməyə HAZIRDIR

Türkiyə Ukraynaya qoşun göndərməyə HAZIRDIR

Dünya

27 Fevral 2025, 18:53

Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə müsbət münasibət göstərib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

 

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, - nəşr yazıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu məsələni müzakirə etdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır