Modern.az

Ermənistanın sabiq qərargah rəisinə yeni cəza verilə bilər

Ermənistanın sabiq qərargah rəisinə yeni cəza verilə bilər

Dünya

2 Aprel 2025, 00:29

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Hkopyana qarşı yeni cinayət işi açılıb.

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Hakopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.

Onunla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Harutyunyan da ittiham olunur.

Müqaviləni Movses Hakopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...