Modern.az

Parisdə "cadugər ovu" - Trampdan REAKSİYA

Parisdə "cadugər ovu" - Trampdan REAKSİYA

Dünya

4 Aprel 2025, 11:56

Martın 31-də Paris məhkəməsi Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Peni dörd il həbs cəzasına məhkum edib.

Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp məsələyə münasibət bildirib.

O əmindir ki, Marin Le Penə hökm oxunması növbəti "cadugər ovu"dur.

Onun fikrincə, Avropada solçu partiyalar bu formada senzura qurmağa və siyasi rəqibdən qurtulmağa çalışırlar. Ağ Ev rəhbəri xatırladıb ki, ABŞ-da ona qarşı oxşar oyun keçirilib.

Tramp Marin Le Peni şəxsən tanımadığını, lakin uzun müddət ərzində onun işini yüksək qiymətləndirdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!