Modern.az

Ceyhun Bayramov həmkarı ilə görüşdü

Ceyhun Bayramov həmkarı ilə görüşdü

Dünya

7 Aprel 2025, 23:51

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, görüşdə iki dövlət arasında əməkdaşlıq və onun bütün sahələrdə inkişaf etdirilməsi yolları müzakirə olunub.

 

Diplomatlar ortaq maraq doğuran regional və beynəlxalq məsələlərə də toxunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!