Modern.az

Azərbaycan təyyarəsində Türkiyə raketi: hədəf məhv edildi

Azərbaycan təyyarəsində Türkiyə raketi: hədəf məhv edildi

Dünya

8 Aprel 2025, 20:05

Azərbaycanın Su-25 hücum təyyarəsi Türkiyə istehsalı SOM-B1 qanadlı raketini sınaqdan keçirib.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Atəş sınaqlarının uğurla başa çatdığı bildirilir.

SOM raketinin Azərbaycan üçün təkmilləşdirilmiş versiyası SOM ŞAHİN UBAS adlandırılıb. 

Raketdə avtonom atəş idarəetmə sistemi ilə uğurla istifadə edilib. Hədəf uzaq məsafədən dəqiqliklə məhv edilib.

Qeyd edək ki, raket 230 kiloqramlıq yüksək partlayıcı döyüş başlığı və müasir naviqasiya sistemi ilə təchiz edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?